Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.08.2025 14:26
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Çində ezamiyyətdə olub

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Çində ezamiyyətdə olub

ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi b.ü.f.d., dos. Ülkər İbrahimova Çinin Tayan şəhərində yerləşən Şandonq Kənd Təsərrüfatı Universitetində elmi ezamiyyətdə olub.

O, Azərbaycan mənşəli buğda genotipləri üzərində fenotipik (xlorofil flüoressensiya analizləri) və genotipik analizlər aparıb. Buğda nümunələrində osmolitlərdən - prolinin sintezinə cavabdeh olan TaP5CS (delta-1-pyrroline-5carboxylate synthase 2) və qlisinbetainin sintezinə cavabdeh TaBADH (betaine aldehyde dehydrogenase) genlərinin ekspressiyası tədqiq olunub.

Ülkər İbrahimova ezamiyyətdə olduğu müddətdə tədqiqat işləri ilə yanaşı, universitet rəhbərliyinin xahişi ilə magistratura və doktorantura pilləsində təhsil alan tələbələr qarşısında Azərbaycan Respublikası haqqında, o cümlədən aparılan elmi tədqiqatlarla bağlı məruzələrlə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: