Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.08.2025 20:40
  • A-
  • A
  • A+

AMEA əməkdaşının əsəri Rusiyanın Yəhudi Muxtar Vilayətində səhnələşdirilib

AMEA əməkdaşının əsəri Rusiyanın Yəhudi Muxtar Vilayətində səhnələşdirilib

Rusiyanın Yəhudi Muxtar Vilayətinin paytaxtı Birobican şəhərinin 44 saylı uşaq bağçasında böyük loqopedik qrup üzvləri azərbaycanlı yazıçı, AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanın premyerasını təqdim ediblər.

Tamaşanın quruluşçu rejissoru, tərbiyəçi-müəllimə Kseniya Paramonova səhnə əsərinin mətnini loqopedik qrup uşaqlarının imkanlarına uyğunlaşdıraraq əsəri nitq problemi olan uşaqlar üçün adaptasiya edib. Tamaşada uşaqlar həm yaradıcı bacarıqlarını nümayiş etdiriblər, həm də nitq inkişafı baxımından mühüm praktiki təcrübə qazanıblar. Layihə həm pedaqoji, həm də mədəni baxımdan böyük maraq doğurub. Tamaşanı izləyən valideynlər və müəllimlər layihəni yüksək qiymətləndirərək belə mədəni-pedaqoji təşəbbüslərin loqopedik qrup uşaqlarının özünəinamının, ünsiyyət qabiliyyətlərinin və yaradıcılıq potensiallarının artmasında və onların cəmiyyətə daha fəal inteqrasiyasında mühüm rol oynadığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: