Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi Natiq Babayev və Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin böyük elmi işçisi Nicat İmamverdiyev avqust ayında Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar.
Ekspedisiyanın məqsədi adıçəkilən rayonlar üzrə mövcud olan coğrafi adların yayılma arealını müəyyənləşdirmək, onların müxtəlif mənbələrdə işlənilməsinin, aşkarlanıb üzə çıxarılmasının nominativ təsnifatını vermək, yaranma yollarının xarakterlərinə görə mənimsənilmə potensialını qiymətləndirmək və yeni coğrafi adları müəyyən etmək olub.
N.Babayevin sözlərinə görə, ən qədim insanların məskən saldığı bu yaşayış yerlərində xalqımıza məxsus toponimlərin öyrənilməsi mühüm tarixi, siyasi, elmi və praktiki əhəmiyyət kəsb edir. Ekspedisiya zamanı Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan etnotoponimik coğrafi adlar sırasında Şamaxı rayonunun ərazisində də bir sıra paralellərin olduğu müəyyən edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.