Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.09.2025 15:28
  • A-
  • A
  • A+

Torpaqşünas alimlər beynəlxalq konqresdə iştirak ediblər

Torpaqşünas alimlər beynəlxalq konqresdə iştirak ediblər

2025-ci il 1-4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində “Eurasian Soil Congress 2025 – Innovations in Soil Science and Plant Nutrition under Climate Change” adlı beynəlxalq konqres öz işinə başlayıb.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər torpaq elmi və bitki qidalanması sahəsində iqlim dəyişiklikləri fonunda innovativ yanaşmaları müzakirə edirlər. Konqres, elmi biliklərin mübadiləsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gənc tədqiqatçıların təşviqi baxımından mühüm platforma rolunu oynayır.

Konqresdə 11 nəfər torpaqşünas alim iştirak edir. Açılış mərasimində Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin adından çıxış edən nümayəndə heyətinin üzvü Fərid Mustafayev konqres iştirakçılarına cəmiyyətin prezidenti, akademik Qərib Məmmədovun və bütün üzvlərin salamlarını çatdıraraq, tədbirin işinə uğurlar arzulayıb.

Fərid Mustafayev, həmçinin konqresin Təşkilat Komitəsinin üzvü və Azərbaycan Respublikası üzrə əlaqələndirici şəxs qismində çıxış edir. O, təşkilatı işlərin vaxtında və yüksək səviyyədə həyata keçirildiyini vurğulayaraq, konqresin elmi ictimaiyyət üçün mühüm rol oynadığını diqqətə çatdırıb. Konqresin proqramına müxtəlif elmi sessiyalar, müzakirələr və əməkdaşlıq imkanlarını əhatə edən görüşlər daxildir. Tədbir sentyabr ayının 4-də bağlanış mərasimi və qala gecəsi ilə yekunlaşacaq.

Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin torpaqşünaslıq elmi sahəsində qazandığı nailiyyətlərin beynəlxalq aləmdə təqdim olunmasına, yeni elmi əlaqələrin qurulmasına və gələcək əməkdaşlıqlar üçün möhkəm zəminin formalaşmasına imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: