Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

04.09.2025 10:04
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “Bir millət, iki dövlət” adlı rəsm sərgisi təşkil olunub

Hüseyn Cavidin Ev Muzeyində “Bir millət, iki dövlət” adlı rəsm sərgisi təşkil olunub

15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad olunması münasibətilə Hüseyn Cavidin Ev Muzeyi, Yasamal rayonu Heydər Əliyev Mərkəzi, Beynəlxalq Qalereya və Ankara Rüzgarı Dərnəyinin birgə təşkilatçılığı ilə "Bir millət, iki dövlət" adlı tədbir keçirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirildi.

Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Hüseyn Cavidin Ev Muzeyinin direktor vəzifəsini icra edən, fil.ü.f.d. Validə Həsənova açaraq qonaqları salamlayıb. Daha sonra Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, layihə rəhbəri Aygün Əzizova, Yasamal rayonu Heydər Əliyev Mərkəzinin elmi işçisi Azər Zeynalzadə, Ankara Rüzgarı Dərnəyinin rəhbəri Haticə Erdi çıxış edərək bildiriblər ki, sərginin Hüseyn Cavidin Ev Muzeyində keçirilməsi xüsusi məna daşıyır, çünki Cavidin idealları bütöv Türk dünyası, bəşəri dəyəri, azadlıq və ədalət arzusu - bu tabloların ruhuna yaxındır. Sərgi təkcə rəsm əsərlərinin təqdimatı deyildir. Tarixin bir parçasının rənglərdə və kompozisiyalarda yenidən canlandırılmasına, tarixi yaddaşın qorunmasına, incəsənətin xalqları birləşdirən gücünün nümayişinə xidmət edir.

Qonaqlar Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş kitab sərgisi və nümayiş etdirilən rəsm əsərləri ilə də tanış olublar.

Sonda rəssamlara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: