Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.09.2025 09:58
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Avropa Kristalloqrafiya konfransında iştirak edib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Avropa Kristalloqrafiya konfransında iştirak edib

25-29 avqust 2025-ci il tarixində Polşanın Poznan şəhərində Avropa Kristalloqrafiya Konfransı (ECM25) keçirilib.

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının elmi işçisi Kave Babai konfransda iştirak edib. O, tədbirdə “Metal-koordinasiya məhdudiyyətləri ilə makromolekulyar strukturun dəqiqləşdirilməsinin təkmilləşdirilməsi” mövzusunda tədqiqat işini və uyğun MetalCoord proqramını təqdim edib. K.Babai, həmçinin çoxsaylı elmi sessiyalarda iştirak edərək müasir nailiyyətlərlə tanış olub. Eyni zamanda gələcək əməkdaşlıqlar üçün müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: