Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.09.2025 15:36
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 3 saylı “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının əməkdaşları Sevinc Cavadova və Vüsalə Məcidzadə Türkiyənin İzmit şəhərində keçirilən “9th International Symposium on Materials for Energy Storage and Conversion” beynəlxalq simpoziumunda (MESC- IS 2025) iştirak ediblər.

Simpoziumda Hidrogen enerjisinin saxlanması və çevrilməsi üçün materiallar sahəsində Almaniya, İsveçrə, Meksika, Özbəkistan, Rumıniya, İran, Qazaxıstan və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak ediblər.

Xatırladaq ki, sözügedən simpozium 2015-ci ildən keçirilməyə başlanıb. Simpozium hər il - tək illərdə Türkiyədə, cüt illərdə isə iştirakçı ölkələrdən birində keçirilir. İndiyə qədər Türkiyənin müxtəlif bölgələrindən başqa, simpozium Serbiya, Xorvatiya və Azərbaycanda keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: