Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.09.2025 12:48
  • A-
  • A
  • A+

Coğrafiyaçılar Şərqi Zəngəzurun turizm və rekreasiya ehtiyatlarını tədqiq ediblər

Coğrafiyaçılar Şərqi Zəngəzurun turizm və rekreasiya ehtiyatlarını tədqiq ediblər

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin əməkdaşları Azərbaycan Respublikasının işğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonu ərazilərində ekspedisiyada olublar.

Ekspedisiyanın əsas məqsədi, Şərqi Zəngəzur iqtisadi rayonunun turizm və rekreasiya potensialının müəyyən edilməsidir. Tədqiqat zamanı regionun cəlbedici turizm obyektlərinə baxış keçirilib, onların turizm üçün əhəmiyyəti öyrənilib. Müalicəvi Qotursu bulağı, Bədəl bulağı, Oxçu çayı, Həkəri çayı, XVII–XVIII əsrlərə aid İmam Hüseyn məscidi, yeni arxeoloji qazıntı yeri olan qədim Hamam, Zəngilan Konqres Mərkəzi, Ağalı Hotel, “Dost Aqroparkı” və digər turizm obyektləri ilə yanaşı, tarixi yaşayış yerləri, dağıdılmış və xarabalığa çevrilmiş yaşayış məntəqələri araşdırılıb, onların dayanıqlı turizm təsərrüfatında rolu müəyyən edilib.

Tədqiqat prosesində əldə olunan materiallar əsasında təbii-turizm xəritəsinin hazırlanması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: