Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.09.2025 15:58
  • A-
  • A
  • A+

Coğrafiyaçılar Ağdam rayonu ərazisində toponimləri tədqiq ediblər

Coğrafiyaçılar Ağdam rayonu ərazisində toponimləri tədqiq ediblər

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun  əməkdaşları - Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi Natiq Babayev və “Geoinformatika və kartoqrafiya” şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı “Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın rayonlarının materialları əsasında)” toponimlərinin tədqiqinə dair elmi-tədqiqat işləri həyata keçirilib.

Tədqiqat çərçivəsində institut əməkdaşları Ağdam rayonu ərazisində olub, sahə müşahidələri və ilkin məlumatların toplanması istiqamətində əhəmiyyətli işlər aparıblar. Toponimlərin öyrənilməsi, onların tarixi-coğrafi mənşəyi və bərpası baxımından bu səfər xüsusi elmi əhəmiyyət daşıyır.

Səfər zamanı “Arxiv TV - Qarabağ” YouTube kanalının rəhbəri Şakir Məmmədov da tədqiqatçıları müşayiət edib, aparılan elmi fəaliyyətləri izləyib və ərazi üzrə çəkilişlər həyata keçirib. Həmin materiallar sonradan sözügedən kanalda ictimaiyyətin diqqətinə təqdim edilib. Bu cür elmi səfərlər işğaldan azad edilmiş ərazilərdə tarixi toponimlərin bərpası, onların sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: