Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.09.2025 14:21
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları ixtisasartırma təlimlərində iştirak ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları ixtisasartırma təlimlərində iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları Azərbaycanda ərəbşünas alim və mütəxəssislər üçün keçirilmiş ixtisasartırma təlimlərində iştirak ediblər.

Bakı Dövlət və Bakı Avrasiya universitetlərində müvafiq olaraq “Qeyri-ərəblərə ərəb dilini tədris edən müəllimlər” və “Ərəb dili müəllimləri üçün testlərin hazırlanmasında əsas prinsiplər” mövzuları üzrə baş tutmuş təlimlərdə institutun əməkdaşları – aparıcı elmi işçi fil.ü.f.d. Sevinc Bayramova və böyük elmi işçi Zaur Hacıyev ərəb dilinin incəlikləri və yenilikləri, audio dərslərin tədrisi formaları, tədris kompozisiyasında tətbiqlər, dinləmə bacarıqları və testlərin hazırlanması metodikasına dair biliklərə yiyələnib və təlimdə uğurla iştiraklarına görə Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının sertifikatı ilə təltif olunublar.

Qeyd edək ki, təlimlər Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda elan olunan “Ərəb dili ayı” çərçivəsində həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: