Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.09.2025 14:10
  • A-
  • A
  • A+

AMEA-nın əməkdaşları üçün növbəti göz müayinəsi təşkil edilib

AMEA-nın əməkdaşları üçün növbəti göz müayinəsi təşkil edilib

Sentyabrın 23-də AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşları üçün Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının peşəkar həkim-oftalmoloq heyəti tərəfindən növbəti ödənişsiz göz müayinəsi həyata keçirilib.

Səyyar Klinikanın həkim heyəti tərəfindən həyata keçirilən müayinələrdə əməkdaşların göz təzyiqi və refraksiya anomaliyaları (miopiya, hipermetropiya, astiqmatizm) yoxlanılıb. Görmə problemlərinin erkən aşkarlanması və müvafiq müalicə tədbirlərinin görülməsi məqsədilə müayinələrdən sonra zəruri məsləhət və tövsiyələr verilib.

AMEA rəhbərliyinin təşəbbüsü və Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən təşkil olunan bu müayinələr əməkdaşların göz sağlamlığını qorumağa yönəlmiş davamlı səylərinin bir hissəsi olaraq, onların iş mühitində daha sağlam və təhlükəsiz şəkildə fəaliyyət göstərmələrinə imkan yaradır.

Qeyd edək ki, müayinələr iki gün davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: