Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.10.2025 12:35
  • A-
  • A
  • A+

MEK-in direktoru “Milli-mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolu” adlı beynəlxalq konfransda çıxış edib

MEK-in direktoru “Milli-mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolu” adlı beynəlxalq konfransda çıxış edib

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “Milli-mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Kitabxanaların milli-mənəvi dəyərlərin qorunmasında və inkişaf etdirilməsində rolu” adlı məruzə ilə çıxış edərək cəmiyyətin intellektual inkişafında, milli kimliyin formalaşmasında və gələcək nəsillərə ötürülməsində kitabxanaların mühüm missiya daşıdığını vurğulayıb. O, Mərkəzi Elmi Kitabxananın bu istiqamətdə həyata keçirdiyi layihələr, rəqəmsallaşdırma prosesləri və beynəlxalq əməkdaşlıq imkanları barədə də məlumat verib.

Beynəlxalq konfransda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru filologiya elmləri doktoru, professor Afət Abbasova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı və digər kitabxana, ictimai nümayəndələri ilə yanaşı, Türkiyə Cümhuriyyəti Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu, Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, Küveyt Milli Kitabxanasının direktoru Seham Alezamın bilik və mədəniyyəti birləşdirən kitabxana dəyərləri haqqında çıxışları dinlənilib.

Konfrans çərçivəsində MEK-in direktoru və Türkiyə Cümhuriyyəti Millət Kitabxanasının rəhbəri arasında kitabxanaların gələcək inkişaf perspektivləri ilə bağlı birgə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: