Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2025 10:28
  • A-
  • A
  • A+

Şərqşünas alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

Şərqşünas alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov oktyabrın 1-3-də Qazaxıstanın Türküstan şəhərində Əhməd Yasəvi Universitetinin təşkil etdiyi XI Beynəlxalq Türkoloji Konfransda iştirak edib.

Şərqşünas alim konfransda “Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı və Türk dünyasının inteqrasiyası” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin vəziyyəti, Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar və bunun gələcək inkişaf perspektivləri, o cümlədən həmin inkişafda Azərbaycanın rolundan geniş bəhs edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: