Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2025 15:16
  • A-
  • A
  • A+

MEK əməkdaşları III Quba Simpoziumunda çıxış ediblər

MEK əməkdaşları III Quba Simpoziumunda çıxış ediblər

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Quba Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə “Qoruqlar və muzeylər - keçmişdən gələcəyə körpü” adlı III Quba Simpoziumu keçirilib.

Bir sıra kitabxana, arxiv, muzey, universitet, elmi-tədqiqat institutları, dövlət qurumları və ictimai təşkilatları nümayəndələrinin də qatıldığı tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları, Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması”, Arxiv şöbənin müdiri Rəqsanə Nağıyeva isə “Cəmiyyətin qoruq və muzeylərə marağının artırılması və qoruq muzey marketinqi” adlı məruzələri ilə çıxış edərək, muzey və qoruqların mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: