Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2025 16:45
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun alimləri Biləsuvarda şagirdlərlə görüşüblər

Radiasiya Problemləri İnstitutunun alimləri Biləsuvarda şagirdlərlə görüşüblər

Radiasiya Problemləri İnstitutunun İnnovativ tədqiqatlar qrupunun rəhbəri Namiq Heydərov və institutun Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının rəhbəri Rəhim Mədətov Biləsuvar rayonuna ezam olunublar.

Səfərin əsas məqsədi Mübariz İbrahimov adına Litsey-Bağça kompleksinin şagirdləri ilə görüşmək və onları “Sabahın alimləri” respublika yarışmasına hazırlamaq olub.

Görüş zamanı alimlər şagirdlərin ideyalarını dinləyib, onların texnoloji yanaşmalarını qiymətləndiriblər. Şagirdlər müxtəlif istiqamətlər üzrə yönləndirilib və onlara gələcəkdə mütəxəssis alim kimi dəstək veriləcəyi bildirilib.

Alimlərin sözlərinə görə, belə görüşlər gənclərin elmi maraqlarını artırmaq və onları innovativ layihələr üzərində işləməyə həvəsləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: