Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2025 17:35
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun direktor müavini beynəlxalq konfransda məruzə edib

Ədəbiyyat İnstitutunun direktor müavini beynəlxalq konfransda məruzə edib

2-3 oktyabr 2025-il tarixlərində Qazaxıstanın Aktau şəhərində “Türk xalqlarının izi ilə” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransda AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Xəzər körpüsü: Bakı və Aktau arasında ortaq tarixi və müasir dəyərlər” adlı məruzə ilə çıxış edib. Məruzədə Bakı ilə Aktaunun, Abşeronla Manqışlağın ədəbi-mədəni bağları tarixi və müasir müstəvidə təqdim edilib.

Qeyd edək ki, Aktau şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən 2023-cü ildə Azərbaycanın qədim şəhəri Şuşada keçirilən iclasda Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Beynəlxalq Türk Akademiyası, TÜRKSOY və Manqışlıq vilayətinin rəhbərliyinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan alim və tədqiqatçılar məruzələr ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: