Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.10.2025 09:06
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı gənclərin iqlim forumunda iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı gənclərin iqlim forumunda iştirak edib

AR Elm və Təhsil Nazirliyi akademik H. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Ritz Carlton otelində keçirilən Gənclərin İqlim Forumunda Coğrafiya İnstitutunu mentor qismində təmsil edib.

R.Kərimov gənclər arasında Keniya, Banqladeş, Hindistan, Seneqal, Nigeriya ölkələrinin vətəndaşlarının da olduğu tədbirin benefisiarları üçün “İqlim mobilliyi” modulu üzrə “İqlim dəyişmələri və əhalinin miqrasiyası” mövzusunda seminar təşkil edib. O, gənclərə iqlim dəyişmələrinin, daşqın və quraqlıq kimi təbii fəlakətlərin, Xəzərin səviyyə tərəddüdlərinin səbəb olduğu insan miqrasiyaları haqqında ətraflı məlumat verib. Sonra R.Kərimov gəncləri qruplara bölərək onlara konkret mövzular ətrafında tapşırıqlar verib.

Modulun benefisiarları olan gənclər sonda tədqimatla çıxış edərək öz fikirlərini bölüşüblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: