Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.10.2025 15:16
  • A-
  • A
  • A+

Səs-küylə çirklənmələrə dair tədqiqat işləri aparılıb

Səs-küylə çirklənmələrə dair tədqiqat işləri aparılıb

AR Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşları Prezident cənab İlham Əliyevin  “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları haqqında” Fərmanını və Ümumdünya Səhiyyə Təşkilatının “Azərbaycanda havanın çirklənməsinin ən ciddi ekoloji problemlərdən biri olması” xəbərdarlığını əsas tutaraq elmi-tədqiqat işləri aparıblar.

Ekocoğrafiya şöbəsinin müdiri c.ü.f.d. Ənvər Əliyev və Geoinformatika və Kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı 29 sentyabr-8 oktyabr tarixlərində Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə (Şamaxı-İsmayıllı rayonları üzrə) ekspedisiyada olublar.

Tədqiqatın əsas məqsədi regionda ekocoğrafi şəraitin öyrənilməsi, vibrasiya və səs-küylə çirklənmə, hava keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsi, həmçinin ekoloji risklərin xəritələşdirilməsi olub. Ekspedisiya zamanı ərazidə müşahidələr aparılıb, geoinformasiya texnologiyaları vasitəsilə məlumatlar toplanıb və ilkin analizlər həyata keçirilib.

Əldə edilən nəticələr əsasında Böyük Qafqazın cənub yamacında yerləşən yaşayış məntəqələrinin ekoloji dayanıqlığı və ətraf mühitə təsir amilləri üzrə məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.

Tədqiqatın nəticələri yaxın aylarda elmi hesabat şəklində təqdim olunacaq və əldə edilən məlumatlar regionun ekoloji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf strategiyalarının hazırlanması istiqamətində mühüm elmi əsas yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: