Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.10.2025 16:08
  • A-
  • A
  • A+

MEK əməkdaşı Bişkekdə keçirilən beynəlxalq konfransda iştirak edib

MEK əməkdaşı Bişkekdə keçirilən beynəlxalq konfransda iştirak edib

2025-ci il 8–11 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “İnformasiya cəmiyyətində yaddaş institutları, kitab və oxu” mövzusunda IV Beynəlxalq konfrans keçirilib.

Tədbir Qırğızıstan Respublikasının Milli Tarix Muzeyinin 100 illik yubileyinə həsr olunub.

Konfransda müxtəlif ölkələrdən kitabxana, muzey, nəşriyyat və elmi müəssisə nümayəndələri iştirak ediblər.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Kitabxana resurslarının rəqəmsallaşdırılması və idarə edilməsi şöbəsinin müdiri Natəvan Hacıyeva iştirak edərək “Azərbaycanın akademik irsinin qorunması və onun təkmilləşdirilməsi yolları” mövzusunda məruzə ilə çıxış edib.

Natəvan Hacıyeva çıxışında MEK-in 100 illik yubileyini vurğulayaraq kitabxananın son illərdə həyata keçirdiyi innovativ layihələr, rəqəmsallaşdırma istiqamətində görülən işlər və elmi irsin qorunması sahəsində nailiyyətlər barədə iştirakçılara məlumat verib.

Konfrans çərçivəsində yaddaş institutlarının rəqəmsal transformasiyası, mədəni irsin qorunması və qlobal informasiya cəmiyyətində oxunun təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: