Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.10.2025 11:06
  • A-
  • A
  • A+

Söz və musiqinin vəhdəti

Söz və musiqinin vəhdəti

Dramaturq şair Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin vəfatının 82-ci ildönümü və onun müəllimi dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas, publisist, dramaturq, pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən Hüseyn Cavidin Ev Muzeyi, Uzeyir Hacıbəylinin Ev Muzeyi və Rafiq Babayev adına 25 nömrəli musiqi məktəbinin müəllim və şagirdlərinin birgə təşkilatlıçılığı ilə “Söz və musiqinin vəhdəti” adlı tədbir təşkil edilib.

Üzeyir Hacıbəylinin Ev Muzeyində baş tutan tədbiri muzeyin elmi katibi Nərgiz Qədirova açdı. Daha sonra Hüseyn Cavidin Ev muzeyinin direktor vəzifəsini icra edən filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova “24 yaşlı Ərtoğrol”, muzeyin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Quliyeva: “Üzeyir Hacıbəyli və Cavidlər” mövzularında çıxış ediblər.

Tədbiri Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin müəllim, konsertmeyster və şagird heyəti Ərtoğrol Cavidin anası Mişkinaz xanıma ithaf etdiyi “Naxçıvan mənzərələri, “Zəngəzur dağlarında”, Batabat yaylaqlarında” və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Qızların xoru”, “Arşın mal alan” operettasından trio, “Əskərin mahnısı”, “Asyanın mahnısı” ilə davam etdirdilər.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: