Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.10.2025 14:34
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda təcrübə keçən xarici tələbələr elmi seminarda çıxış ediblər

Coğrafiya İnstitutunda təcrübə keçən xarici tələbələr elmi seminarda çıxış ediblər

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Almaniyanın Yustus Libix Gissen Universitetinin Coğrafiya Departamenti arasında bağlanmış memoranduma əsasən təcrübə keçmək üçün Azərbaycanın Coğrafiya İnstitutuna ezam edilmiş Gissen Universitetinin 6 tələbəsi elmi seminarda təqdimatla çıxış edib.

“Şəki şəhəri”, “İctimai nəqliyyat: Bakı-Frankfurt”, “Almaniyada çörəyin tarixi” adlı mövzularda təqdimatlar maraqla qarşılanıb. Azərbaycanın tarixi və təbiət abidələri haqqında məlumat verən tələbələrin çıxışı seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib, suallara verilən cavablar qənaətbəxş hesab edilib.

Tədbirin sonunda institut rəhbəri alman tələbələrə sertifikat təqdim edib və onlara təhsildə, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: