AR ETN Dendrologiya İnstitutunun “Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi” laboratoriyasının əməkdaşları Saray təcrübə sahəsində tədqiqat işləri həyata keçiriblər.
İşin əsas məqsədi sahədə aparılan elmi müşahidələrlə yaxından tanış olmaq, introduksiya olunan bitki növlərinin inkişaf dinamikasını izləmək və payız mövsümü üçün planlaşdırılan elmi-proqram tapşırıqlarının icra vəziyyətini qiymətləndirmək olub.
Təcrübə sahəsində əməkdaşlar tərəfindən ağac və kol bitkilərinin vegetativ vəziyyəti, torpaq və iqlim amillərinin təsiri, eləcə də adaptasiya proseslərinin gedişi ilə bağlı elmi müşahidələr aparılıb. Əldə olunan nəticələr laboratoriyanın davam edən tədqiqatlarında istifadə olunacaq.
Laboratoriyanın əməkdaşı elmi işçi Qədirova Nuray Saray təcrübə sahəsində Cillis sezalpiniya ( Caesalpinia gillisii Walt) bitkisi üzərində tədqiqat işi aparmışdır. Odur ki, bitkinin inkişaf mərhələsində bioekoloji xüsusiyyyətləri, fenologiya, morfologiya inkişaf dinamikası və yerli şəraitə uyğunlaşması öyrənilmişdir.
Uzunömürlü, quraqlığadavamlı, isti və işıqsevən bitki hər il çiçəkləyir və meyvə verir. Dekorativ görünüşə malik olduğundan onun Abşeron ərazisinin yaşıllaşdırmasında istifadəsi məqsədə uyğundur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.