Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.10.2025 13:52
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim turizm üzrə təhsil alan tələbələr üçün məruzə edib

Coğrafiyaçı alim turizm üzrə təhsil alan tələbələr üçün məruzə edib

Xəzər Universitetində İqtisadiyyat və menecment fakültəsi dekanlığının təşkilatçılığı və departamentin koordinatoru Polad Orucovun iştirakı ilə AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru v.i.e. coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmraninin tələbələrlə görüşü baş tutub.

“Turizm bazarının formalaşması və inkişafına təsir edən amillər” mövzusunda məruzə ilə çıxış edən alim turizm işinin təşkili və digər ixtisaslarda təhsil alan tələbələrə turizm bazarı, onun formalaşması və inkişafına təsir edən amillər, həmçinin Azərbaycanda turizm bazarının xüsusiyyətləri haqqında məlumatlar verib, tələbələrin mövzu ilə əlaqədar suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: