Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.10.2025 15:55
  • A-
  • A
  • A+

Muzeydə Fətəli xan Xoyskinin imzası olan kağız əskinas qorunur

Muzeydə Fətəli xan Xoyskinin imzası olan kağız əskinas qorunur

Məlum olduğu kimi, Prezident İlham Əliyev 17 sentyabr 2025-ci il tarixində “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunun “Bonistika” kolleksiyasında 1919-cu ilin 100 manatlıq kağız əskinasları qorunur (KTFMF 261, 262, 263; uzunluğu – 13 mm; eni – 9 mm). Çəhrayı və qəhvəyi rənglərin tətbiqi, Şərq naxışları və simvollarının əks edildiyi bu əskinasda həm də rus, həm də ərəb qrafikası ilə “Saxtanı düzəldənlər qanunla təqib edilir”, “Azərbaycan höküməti” sözləri var.

1919-cu ilin əvvəlində Azərbaycan Hökuməti adından 100 manat dəyərində əskinasın ilk buraxılışı həyata keçirilmişdi. Bu əskinasın üzərində Nazirlər Kabinetinin sədri Fətəli xan Xoyskinin və Maliyyə naziri İvan Protasovun vəzifəsi, adı, soyadı, imzası həm rus, həm də ərəb qrafikası ilə qeyd edilib.

100 manatlıq əskinas üzərinə, həmçinin iki dildə “Rusiya dövlət kağız pulu ilə bərabər işlənir” ifadələri, seriya nömrəsi, Rumi (1335) və Qriqoryan (1919) təqvimi ilə çap ili də qeyd olunub.

 

Məlumatı hazırladılar: tarix üzrə fəlsəfə doktoru, dosent Sənubər Qasımova və tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: