Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.10.2025 09:54
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilmiş IX Beynəlxalq Türklərin Dünyası Sosial və Humanitar Elmlər Simpoziumunda onlayn şəkildə iştirak ediblər.

Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın bir sıra aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qatıldığı simpoziumda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin elmi işçisi Sevinc Muxtarova “Azərbaycan tarixi numizmatik materiallar əsasında”, həmin şöbənin kiçik elmi işçisi Ramidə Abbasova isə “İstiqlalın bədii təcəssümü: Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində vətənpərvərlik” mövzularında məruzə edib, çıxışlarına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunublar.

Qeyd edək ki, beynəlxalq simpozium Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türklərin Dünyası İnstitutu və ADPU Türkoloji Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib ki, simpoziumun əsas məqsədi ortaq irsi daha dərindən öyrənmək, bu irsi gələcək nəsillərə doğru və zəngin şəkildə çatdırmaq və türk xalqları arasında elmi, mədəni və ictimai əlaqələri daha da gücləndirməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: