Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.10.2025 10:16
  • A-
  • A
  • A+

Yarımçıq qalan bahar - Ərtoğrol Cavid

Yarımçıq qalan bahar - Ərtoğrol Cavid

Hüseyn Cavidin Ev Muzeyində görkəmli dramaturq Hüseyn Cavidin oğlu -folklorşünas, musiqiçi Ərtoğrol Cavidin anadan olmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə qonaq qismində Bülbülün Ev Muzeyinin əməkdaşı iştirak edib. Tədbiri giriş nitqi ilə Hüseyn Cavidin Ev Muzeyinin direktor v.i.e. filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova açaraq, Ərtoğrol Cavidin qısa lakin mənalı həyat və yaradıcılıq yolundan, həmçinin Azərbaycan musiqi sənətinin korifeyləri Üzeyir Hacıbəyli və Bülbülün Ərtoğrol Cavidin formalaşmasında, ümumilikdə repressiya illərində Cavidlər ailəsinin həyatında oynadıqları  roldan bəhs edib. Daha sonra muzeyin əməkdaşları Nübar Məmmədova "Ərtoğrol Cavid: Bülbülün səsini, Üzeyirin musiqisini duyan gənc", Aynur Yunusova "Amansız zamanın boğa bilmədiyi istedad"adlı məruzələrlə çıxış ediblər.

Sonda Bülbülün Ev Muzeyinin baş mühafizi Adilə Məmmədova tədbirin mənəvi və mədəni əhəmiyyətini vurğulayıb, çalışdığı müəssisə adından öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: