AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun alimləri Türkiyədə keçirilən XVII Beynəlxalq Dünya Dili Türkcə simpoziumunda iştirak ediblər
Türkiyə Respublikasının Bartın şəhərində yerləşən Bartın Universitetində XVII Uluslararası Dünya Dili Türkcə simpoziumu keçirilib. Bartın Universiteti, Türk Dil Qurumu, Yunus Əmrə İnstitutu, TİKA və TRT Avazın birgə təşkilatçılığı ilə gerçəkləşdirilən simpoziumda Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli və Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov iştirak edib.
Simpoziumda Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tatarıstandan yüzlərlə tədqiqatçının çıxışı dinlənilib. İnstitutun alimləri: dosent Baba Məhərrəmli “Türk dillərinin ortaq kök sözləri”, professor İsmayıl Kazımov isə “Türk xalq hekayələrində duyğusal söyləmlər” mövzularında çıxış edib. Dosent Baba Məhərrəmli, həmçinin “Karamanoğlu Mehmet Bey” salonunda keçirilən bölmə iclasına rəhbərlik edib.
Beynəlxalq türkoloji simpoziumda hər iki azərbaycanlı alimin məruzəsi böyük maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.