Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.10.2025 13:35
  • A-
  • A
  • A+

Dosent Günel Məlikli beynəlxalq konfransda Azərbaycan-ABŞ əlaqələrindən danışıb

Dosent Günel Məlikli beynəlxalq konfransda Azərbaycan-ABŞ əlaqələrindən danışıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli ABŞ-nın Çikaqo şəhərində keçirilən beynəlxalq konfransda onlayn iştirak edib.

Gənc alim konfransda Ali Baş Komandan, Prezident İlham Əliyevin xarici siyasətinə həsr edilmiş “The diplomacy of Donald Trump and Ilham Aliyev is a significant political success of Azerbaijan-US cooperation” mövzusunda çıxış edib. O, çıxışında Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi, nəyi nə vaxt və necə həll etmək məharətinin sülhün və ədalətin bərqərar olmasına gətirib çıxardığını bildirib. Dövlət başçısının güclü intuisiyası, mühakimə qabiliyyəti və iti zəkasının hər bir vəziyyətdə optimal qərar qəbul etməyə imkan verdiyini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin heç bir dövlətin edə bilmədiyini qısa zaman ərzində, 44 günlük Vətən müharibəsində həyata keçirdiyini söyləyib. Günel Məlikli Prezident Donald Trampın Azərbaycan Prezidentinin fəaliyyətinə dəyərli sözlərlə verdiyi qiyməti Ağ Evin rəmzi açarını hədiyyə etməsi ilə bir daha təsdiqlədiyini vurğulayıb.

G.Məlikli cənab Prezident İlham Əliyevin siyasi strategiyası və qoyulan məqsədlərə çatması yolunun siyasi liderliyin nadir nümunəsi olmasından bəhs edib.

“Azərbaycanla ABŞ, İlham Əliyevlə Donald Tramp arasında münasibətlər səmimi xarakter daşıyır. Bütün bunlara əsasən deyə bilərik ki, iki ölkənin liderləri arasında olan belə münasibət Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açacaq. Donald Trampın Azərbaycan Respublikasının Prezidenti barədə söylədiyi fikirlər, ilk növbədə, İlham Əliyevin güclü və nüfuzlu siyasətçi obrazını bir daha təsdiq edir. ABŞ görüşlərində əldə edilən qələbələr Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərimizin, suverenliyimizin tam bərpasının məntiqi nəticəsidir”, - deyə Günel Məlikli qeyd edib.

Gənc alim tədbirin təşkilatçıları tərəfindən sertifikatla mükafatlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: