AR ETN Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının müdiri a.e.ü.f.d., dosnet Şaməddin Qəhrəmanov və elmi işçi Hüseyn Məmmədovun həmmüəllifi olduqları “Bitkilərin xəstəliklərə davamlılığının qiymətləndirilməsində infeksion fonların yaradılması üsulları” kitabı çapdan çıxıb.
Metodiki təlimdə, xəstəlik törədicilərinə bitkilərin davamlılğının qiymətləndirilməsi üçün (bitkilərin fitopatoloji qiymətləndirilməsi) infeksion fonların yaradılması üsulları şərh edilmişdir. Hazırda, ölkəmizdə kənd təsərrüfatı bitkilərinin, eləcədə dekorativ çoxilliklərin xəstəlik törədicilərinə davamlılığının düzgün qiymətləndirilməsində müxtəlif infeksion fonlarının yaradılmasının müstəsna əhəmiyyəti vardır. Müxtəlif üsullarla yaradılan infeksion fonlarda davamlı bitkilərin seçilərək istifadəsi, zərərli orqanizmlərə qarşı tətbiq olunan inteqrir bitki mühafizəsinin başlıca elementlərindəndir, tərkib hissəsidir. Bu cəhətdən, tərtib olunan metodiki təlim, mühüm elmi-təcrübəvi əhəmiyyətə malikdir. Bu metodiki təlim, Aqrar Universitetin aqronomluq və bitki mühafizəsi fakültələrinin tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulmuşdur.
Metodiki göstərişdən seleksiya və toxumçuluqla məşğul olan kənd təsərrüfatı mütəxəssisləri, bu istiqamətdə elmi tədqiqat aparan magistr və müəllimlər, fermerlər istifadə edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.