Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Prezident: Kibertəhlükəsizlik sahəsində böyük təcrübəyə malik şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik
03.11.2025 14:14
  • A-
  • A
  • A+

Prezident: Kibertəhlükəsizlik sahəsində böyük təcrübəyə malik şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik

İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Bu il Azərbaycan da bu hücumlara məruz qalmışdır.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək”.

AzərTac

  • Paylaş: