Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva “Modernizm Dövründə Qərbi Avropada Yeni Əxlaqi Anlayış (Maarifçilik)”, Bakı Mühəndislik Universitetinin professoru, tarix elmləri doktoru Şikar Qasımov “Naxçıvan təhsilinin inkişafında təhsil tarixinin və məktəblərinin rolu”, A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Azərbaycan cəmiyyətində qadın azadlıq ideyalarının tarixi inkişafı (Cədidçilikdən müasir dövrə qədər)”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin kafedra müdiri Əfşan Şəfiyeva “İranda Modernləşmə İdeologiyasının Formalaşmasında Azərbaycan Türklərinin Rolu” (Seyyid Hasan Tağızade örneginde)” və Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Sevinc Quliyeva “Məşhur Azərbaycan modernisti Həsən bəy Zərdabi irsində Milli Psixoloji Aspektlər” mövzuları ilə Türkiyənin İzmir Ege Universitetinin təşkilatçılığı və Özbəkistanın Daşkənd İqtisadiyyat və Pedaqoqika Universitetində Türk Dünyası Modernləşməsi III: Türk Dünyasında Cedidçilik Simpoziumunda iştirak ediblər.
Azərbaycan alimlərinin məruzə və çıxışları maraqla qarşılanmışdır və Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevaya Özbəkistanın Fəxri qonağı kimi xüsusi olaraq Özbəkistanın milli geyimi, araqçın və digər milli hədiyyələr təqdim edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.