AMEA-nın Fizika İnstitutu ilə Pakistanın COMSATS İnformasiya və Texnologiyalar İnstitutu (CİİT) arasında elm və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və CİİT-nin rektoru, professor Junaid Zaidi imzalayıblar.
Memoranduma əsasən, iki qurum arasında kadr mübadilələri, müştərək elmi-tədqiqat layihələri həyata keçiriləcək, birgə tədbirlər təşkil olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.