Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.11.2025 16:19
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfi-hüquqi təlimlər və suverenlik şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və həmin şöbənin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev 2025-ci il 30 oktyabr - 2 noyabr tarixlərində Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində “Beynəlxalq cinayət hüququnun tətbiqi problemləri” adlı beynəlxalq konfransda iştirak ediblər.

Keçirilən tədbirdə dünyanın 30-dan artıq ölkəsinin tanınmış alimləri iştirak edirdi.

Beynəlxalq konfransda professor H.Qurbanov “Beynəlxalq cinayət hüququ və milli qanunvericilik: uyğunluq, ziddiyyətlər və tətbiq problemləri (Azərbaycan Respublikasının timsalında) mövzusunda çıxış edərək - Ermənistanın Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi silahlı təcavüzu beynəlxalq hüquq normalarını, o cümlədən BMT Nizamnaməsini, Cenevrə Konvensiyalarını, Roma Statutunu və Azərbaycan Respublikasının Cinayət Məcəlləsini birbaşa pozan hərəkətlər kimi geniş təhlil edib. Ermənistanın məqsədli şəkildə Azərbaycan əhalisini doğma torpaqlardan çıxarma siyasəti, mülki infrastrukturun dağıdılması və etnik təmizləmə əməlləri Roma Statutunun 7-ci maddəsi və Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə eyni hüquqi mahiyyət daşıması vurğulanıb. Çıxışda Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Beynəlxalq Cinayət Məhkəməsinin normaları arasında hüquqi və konseptual paralellər, Ermənistanın təcavüz aktlarının həm milli, həm də beynəlxalq cinayət hüququ baxımından məsuliyyət doğurduğunu sübut edilib.

Konfransda, həmçinin hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev “Beynəlxalq terrorizm anlayışının etik aspektləri” mövzusunda çıxış edib və beynəlxalq terrorizmə qarşı mübarizə yalnız hüquqi və siyasi deyil, həm də etik (əxlaqi) baxımdan çoxsaylı mürəkkəb məsələləri gündəmə gətirilməsindən bəhs edib. Çıxışda bu mübarizənin gedişində insan hüquqları, dövlət suverenliyi, ədalət, təhlükəsizlik və azadlıq kimi fundamental dəyərlər arasında balansın qorunması daim müzakirə mövzusu olması vurğulanıb.

Hər iki çıxış konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Bütün çıxışlar ingilis, serb və rus dillərinə tərcümə olunub.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: