Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Paata Surquladze: “Azərbaycanın hər hansı bir nailiyyəti bizim də nailiyyətimizdir”
06.11.2025 15:35
  • A-
  • A
  • A+

Paata Surquladze: “Azərbaycanın hər hansı bir nailiyyəti bizim də nailiyyətimizdir”

Əvvəla zəngin ənənələrə malik Azərbaycan xalqına və Azərbaycan elminə dərin hörmətimi bir daha təsdiqləmək istərdim. AMEA ilə uzun bir əməkdaşlıq tariximiz və sıx əlaqələrimiz var. Keçən il akademik İsa Həbibbəyli Gürcüstan Elmlər Akademiyasının xarici üzvü seçildi. Bundan əlavə, digər vacib məqamı da qeyd etmək istərdim: hər iki ölkəmiz indi Orta Dəhliz adlanan tarixi İpək Yolu layihəsində yer alır. Bu, o deməkdir ki, təkcə alimlər deyil, həm də hökumətlərimiz əməkdaşlıq edir.

Bu sözləri AMEA-nın 80 illik yubileyi çərçivəsində ölkəmizdə səfərdə olan Gürcüstan Elmlər Akademiyası prezidentinin müşaviri Paata Surquladze deyib.

“Bu yaxınlarda Tbilisidə 5-ci Beynəlxalq İpək Yolu Forumu keçirildi və orada Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı və çıxışı oldu. Bu, ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını bir daha təsdiqlədiyini və Orta Dəhliz layihəsi üzərində daha fəal işləmək üçün bu istiqamətdə səylərini bir daha sinxronlaşdırdığını göstərir. Və bu baxımdan elm böyük əhəmiyyət kəsb edir və böyük məsuliyyət daşıyır.

Müasir Gürcüstan tarixini araşdıran bir tarixçi olaraq, əməkdaşlığımızın bütün bu illər ərzində olduğu kimi, bütün elmi sahələrdə də səmərəli şəkildə davam etməsini arzulayıram. Bu, şübhəsiz ki, hər iki xalqa yalnız fayda gətirəcək, çünki qazandığınız hər hansı bir nailiyyət bizim üçün də bir nailiyyətdir. Azərbaycan xalqına firavanlıq arzulayıram”, - deyə Paata Surquladze bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: