Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.11.2025 23:51
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Hərbi Memorial Məzarlığı ziyarət ediblər

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Hərbi Memorial Məzarlığı ziyarət ediblər

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar olaraq Hərbi Memorial Məzarlığı ziyarət ediblər.

İSİ əməkdaşları Azərbaycanının ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyaraq məzarlarının üzərinə tər çiçəklər düzüblər.

Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və heç zaman unudulmayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: