Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.11.2025 14:47
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Tacikistanın Düşənbə şəhərində keçirilmiş “Əbu Əli İbn Sinanın elm, fəlsəfə və dünya sivilizasiyasının inkişafına töhfəsi” adlı beynəlxalq simpoziumda onlayn şəkildə iştirak ediblər.  

Azərbaycan, Özbəkistan, Rusiya, Pakistan, Fransa, Malayziya, Bəhreyn və bir sıra ölkələrdən alim və mütəxəssislərin qatıldığı simpoziumda Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova “İbn Sina irsinin Azərbaycanda tədqiqi”, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin redaktoru Vəfa Şərifova “Əbu Əli İbn Sinanın dünya fəlsəfə tarixində rolu”, Biblioqrafiya şöbəsinin laborantı Aytən Musayeva isə “İbn Sina fəlsəfəsi” mövzularında məruzə ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, beynəlxalq simpozium Tacikistan Milli Elmlər Akademiyası, TMEA A.Baxovəddinov adına Fəlsəfə, Politologiya və Hüquq İnstitutunun Fəlsəfə tarixi şöbəsi və “İbn Sinaşünaslıq” Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: