Dünyadakı insanların böyük bir qismi (afrikalılar istisna olmaqla) neandertal geninə məxsusdurlar. Lakin son tədqiqatlar göstərir ki, müasir insanların əksəriyyəti, xüsusilə Cənubi Asiyalılar denisov geninin uzaq qohumları sayıla bilərlər.
Tədqiqatın nəticələrinə əsasən, Okeaniya xalqı yüksək faizlə arxaik DNT genlərə məxsusdur, lakin Cənubi Asiyalıların əsas hissəsi denisov geninin daşıyıcısıdır. Qərbi Avrasiya sakinləri isə heç bir neandertal və denisov genə mənsub deyillər.
Alimlər neandertal ve denisov genlərinin müasir insan biologiyasına təsirini araşdırmaq üçün müqayisəli genomikadan istifadə ediblər. Misal olaraq, Papua-Yeni Qvineya sakinlərinin güclü iybilmə qabliyyəti və Tibetin sakinlərinin yüksək hündürlüyə uyğunlaşması denisov geninin göstəriciləri sayıla bilər. Neandertal gen isə insanda saç və daha sərt dərinin yaranması ilə müşayiət olunur.