Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.11.2025 11:00
  • A-
  • A
  • A+

Azərbaycan və Mərkəzi Asiya akademiyalarının prezidentləri bir araya gəlib

Azərbaycan və Mərkəzi Asiya akademiyalarının prezidentləri bir araya gəlib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə Özbəkistan Akademiyasının prezidenti akademik Şavkat Ayupov arasında görüş keçirilib.

Görüşdə Mərkəzi Asiyanın digər ölkələri - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistanın akademiyalarının rəhbərləri də iştirak edib.

Tacikistan Elmlər Akademiyasının, Qazaxıstan Milli Elmlər Akademiyasının, Qırğızıstan Milli Elmlər Akademiyasının, Türkmənistan Elmlər Akademiyasının rəhbər şəxsləri də görüşdə çıxış ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışı zamanı Mərkəzi Asiya ölkələrinin akademiyaları ilə əlaqələrdən, ortaq elmi layihələrdən, gələcəkdə reallaşdırılması planlaşdırılan innovativ layihələrdən bəhs edib. Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyində iştirak edən həmkarlarına minnətdarlığını bildirib.

Həmçinin görüş əsnasında gələn il ölkəmizdə keçiriləcək Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı da müzakirələr aparılıb.

Crossmedia.az

  • Paylaş: