Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.11.2025 11:45
  • A-
  • A
  • A+

Dosent Fərhad Quliyev Daşkənddə keçirilən beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Dosent Fərhad Quliyev Daşkənddə keçirilən beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev noyabrın 12-16 tarixlərində paytaxt Daşkənd şəhərində Özbəkistan prezidentinin təşəbbüsü ilə yaradılan “Özbəkistanda İslam sivilizasiyası mərkəzi” tərəfindən təşkil olunmuş Beynəlxalq konqresdə iştirak edib. 

“Ortaq keçmiş və ortaq gələcək" mövzusunda Orta Asiya Tarixçilərinin 2-ci Forumunda F.Quliyev, “Qarabağın İslam irsi, Azərbaycanda aparılan son arxeoloji tədqiqatlar kontekstində” adlı mövzuda məruzə edib.

Həmçinin səfər çərçivəsində Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən “Özbəkistanın İslam sivilizasiyası mərkəzi” ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında birgə əməkdaşlıq haqqında ilkin danışıqlar aparılmışdır.

Qeyd edək ki, Fərhad Quliyev noyabrın 15-də Daşkənddə keçirilmiş "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətinin tərkibində təmsil olunmuşdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: