Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.11.2025 15:32
  • A-
  • A
  • A+

Əhmədli qəsəbəsində baş verən sürüşmə hadisəsi təhlil edilib

Əhmədli qəsəbəsində baş verən sürüşmə hadisəsi təhlil edilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri coğrafiya elmləri doktoru Stara Tarixazər noyabrın 12-də Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığında baş vermiş torpaq sürüşməsi hadisəsinə aydınlıq gətirib.

Alimin fikrincə dağın yamacında sürüşmənin yaranmasının əsas səbəbi təbii amillərdən başqa (yüksək meylli yamaclar, gilli suya davamlı layların olması) su kəmərlərindən və kanalizasiya xətlərindən sızmalar, yamacın aşağıdan kəsilməsi və yamacın qaşında obyektlərin qurulmasıdır.

Mütəxəssisin apardığı vizual müşahidələr zamanı yamacda yeni çatlar aşkar edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: