Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.11.2025 12:26
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda AMEA-nın 80 illik yubileyinə və Zəfər Gününə həsr olunmuş şahmat turnirinə start verilib

Geologiya və Geofizika İnstitutunda AMEA-nın 80 illik yubileyinə və Zəfər Gününə həsr olunmuş şahmat turnirinə start verilib

ETN Geologiya və Geofizika İnstitutunda (GGİ) AMEA-nın 80 illik yubileyi və 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olumuş şahmat turnirinin rəsmi açılışı olub.

Tədbir GGİ rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə reallaşıb.

İnstitutun baş direktoru akademik Akif Əlizadə açılışda çıxış edərək, Zəfər Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, eləcə də AMEA-nın 80 illik fəaliyyəti müddətində ölkənin elmi inkişafına verdiyi böyük töhfələrdən danışıb. Bildirilib ki, belə intellektual yarışlar əməkdaşlar arasında dostluq və həmrəylik mühitini gücləndirir, eyni zamanda Akademiyanın yubileyinə layiqli töhfə kimi dəyərləndirilir.

Alim sonra institutdaxili  turnirin açılış rəmzi kimi şahmat taxtasında ilk gediş edib.

Yarışda institutun bütün yaş kateqoriyasından olan şahmat həvəskarları birlikdə iştirak edir. Onlardan 4-ü qadın, 10-u kişi əməkdaşdır.

İdman yarışı noyabrın 27-nə kimi davam edəcək və sonda qaliblər müvafiq qaydada mükafatlandırılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: