Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.11.2025 16:50
  • A-
  • A
  • A+

Dosent Faiq Ələkbərli beynəlxalq konfransda məruzə edib

Dosent Faiq Ələkbərli beynəlxalq konfransda məruzə edib

Daşkənd Suvarma və Kənd Təsərrüfatı Mexanikləşdirilməsi Universiteti, “Novologiya və Kənd Təsərrüfatı Mexanikləşdirilməsi Mühəndisləri” Beynəlxalq Elmi Tədqiqat Mühəndisləri jurnalı, “Novologiya Universiteti” və institut ilə birgə “Sosial sabitliyin təmin edilməsində qadınların rolu: qadınlara qarşı təzyiq və zorakılığa dözümsüz mühitin yaradılması” mövzusunda VI Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli onlayn formatda iştirak edib.

Faiq Ələkbərli “19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycanın maarifçi qadınları” mövzusunda məruzə edərək bildirib ki, son əsrlərdə Türk dünyasında, o cümlədən Azərbaycanda maarifpərvər qadınlar ön plana çıxaraq maarifçilik hərəkatında özünəməxsus yer tutub. Onun fikrincə, Türk xalqlarının adət-ənənələrində qadınlara münasibətdə heç bir ayrı seçkilik olmamış, sadəcə son əsrlərdə müəyyən problemlər ortaya çıxıb. F.Ələkbərli bildirib ki, bu məsələlərə münasibətdə Türk adət-ənənələrinə və İslam dininə aid dəyərlərə üstünlük verilməlidir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: