AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin Ali Baş Komandan, Prezident İlham Əliyevin xarici siyasətinə həsr edilmiş “The diplomacy of Donald Trump and Ilham Aliyev is a significant political success of Azerbaijan-US cooperation” adlı məqaləsi ABŞ-nın Çikaqo şəhərində keçirilən beynəlxalq konfransın materiallarında nəşr olunub.
Məqalədə Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi, nəyi nə vaxt və necə həll etmək məharətinin sülhün və ədalətin bərqərar olmasına gətirib çıxardığı qeyd olunub. Dövlət başçısının güclü intuisiyası, mühakimə qabiliyyəti və iti zəkasının hər bir vəziyyətdə optimal qərar qəbul etməyə imkan verdiyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin heç bir dövlətin edə bilmədiyini qısa zaman ərzində, 44 günlük Vətən müharibəsində həyata keçirdiyi vurğulanıb.
Məqalədə, həmçinin cənab Prezident İlham Əliyevin siyasi strategiyası və qoyulan məqsədlərə çatması yolunun siyasi liderliyin nadir nümunəsi olması əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.