Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.12.2025 15:48
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun aliminin rəyçi fəaliyyəti yüksək qiymətləndirilib

Polimer Materialları İnstitutunun aliminin rəyçi fəaliyyəti yüksək qiymətləndirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov "Известия высших учебных заведений" (Ali təhsil müəssisələrinin xəbərləri) серия "Химия и химическая технология" (Kimya və kimya texnologiyası) (ChemChemTech) jurnalında dərc olunan məqalələrə verdiyi yüksək keyfiyyətli rəylərin nəşrin materiallarının səviyyəsini artırdığı və fikirlərinin müəlliflərə qazandırdığı dəyər üçün jurnalın baş redaktoru kimya elmləri doktoru V.V. Rıbkin tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

Qeyd edək ki, jurnal Scopus, ESCI Web of Science, Chemical Abstracts Service (CAS) və s. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: