Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.12.2025 15:24
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşı Çexiyada elmi ezamiyyətdə olub

Zoologiya İnstitutunun əməkdaşı Çexiyada elmi ezamiyyətdə olub

AR ETN Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Qurbanova 25 oktyabr-29 noyabr 2025-ci il tarixlərində Şimali Bohemiya Universiteti Elm fakültəsi Parazitologiya laboratoriyasında “Reptililərin (kərtənkələlər, tısbağalar, ilanlar) bağırsaq parazitlərinin müasir molekulyar metodların (DNT amplifikasiya, PZR, filogeneya) tədbiqi ilə tədqiq edilməsi” layihəsi üzrə elmi təcrübə keçib.

Lahiyə “Visegrad Fond”u tərəfindən maliyyələşdirilib. Elmi təcrübə sözügedən laboratoriyanın professoru Jana Kvicerovanın rəhbərliyi ilə yerinə yetirilib.

Təcrübə zamanı reptililərin qan və həzm sistemində parazitlik edən ibtidailərin genom DNT-si Fast DNA®SPIN üçün SoilKit (MP Biomedicals) vasitəsi ilə amplifikasiya edilmişdir. Parazit ibtidailərin filogeniyasını və təkamül əlaqələrini qiymətləndirmək üçün fərqli genlər (nuclear 18S rRNA, mitochondrial COI, mitochondrial COIII, Cryptosporidium gp 60, Cryptosporidium actin) vasitəsi ilə PCR aparılmışdır. Amplikonlar fermentativ təmizlənmış və Sanger ardıcıllığı (Sanger sequenced) müəyyənləşdirilmişdir. Əldə edilən ardıcıllıqlar BLAST (www.ncbi.nlm.nih.gov) vasitəsilə müəyyən edilmiş, yığılmış və redaktə edilmişdir. Uyğunluqlar yaradılmış və müxtəlif proqramlardan (MrBayes, PhyML, RAxML, Geneious və s.) istifadə edərək iki filogenetik yanaşma - Bayes nəticəsi və Maksimum ehtimal - ilə təhlil edilmişdir. Filogenetik ağaclar TreeView vasitəsi ilə vizuallaşdırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: