Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.12.2025 11:28
  • A-
  • A
  • A+

Xalq rəssamı Sakit Məmmədovla görüş keçirilib

Xalq rəssamı Sakit Məmmədovla görüş keçirilib

Azərbaycan Respublikasının Xalq rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, “Türk Dünyası” Akademiyasının həqiqi üzvü Sakit Məmmədov ilə görüş keçirilib.

Görüşdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi, filologiya elmləri doktoru Aynel Məşədiyeva və Turan Dövlətləri Birləşmiş Konfederasiyasının (TURKKON) Xarici Təşkilatlanma üzrə sədr müavini Mesut Gülaçtının rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Görüş zamanı incəsənət sahəsində əməkdaşlıq imkanları, TURKKON-un vizyonu, strateji istiqamətləri və gələcək planları ətrafında geniş və məhsuldar fikir mübadiləsi aparılıb. Tərəflər incəsənətin birləşdirici gücü, ortaq layihələrin potensialı və müxtəlif mədəni platformalarda əməkdaşlığın yeni mərhələləri barədə detallı şəkildə müzakirələr aparıblar.

Görüşün ən önəmli məqamlarından biri isə Sakit Məmmədovun Turan Dövlətləri Birləşmiş Konfederasiyasının Fəxri üzvü seçilməsi olub. Bu qərar rəssamın sənət aləminə verdiyi böyük töhfələrin, beynəlxalq səviyyədə Türk dünyası incəsənətini uğurla təbliğ etməsinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: