AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova Naxçıvan Dövlət Universitetində keçirilmiş vebinarda onlayn şəkildə iştirak edib.
Universitetin Xarici dillər fakültəsinin Şərq dilləri kafedrasının təşkilatçılığı ilə baş tutmuş vebinarda Sevinc Bayramova “Azərbaycanda ərəb dilinin inkişaf tarixi: orta əsrlərdən müasir dövrə” mövzusunda məruzə edib, çıxışında Azərbaycanda orta əsrlərdən dövrümüzə qədər ərəb dilinin inkişaf tarixindən bəhs edib. Alim hazırladığı videoslayd vasitəsilə institutda qorunub saxlanılan ərəbdilli əlyazma nüsxələrinin bir neçəsindən nümunələr də göstərib.
Məruzə vebinar iştirakçıları, universitetin müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.