Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.12.2025 11:39
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun alimləri beynəlxalq simpoziumda iştirak ediblər

Dilçilik İnstitutunun alimləri beynəlxalq simpoziumda iştirak ediblər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun alimləri: Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları fil.ü.f.d., dos. Kifayət İmamquliyeva, fil.ü.f.d., dos. Kübra Quliyeva və fil.ü.f.d., dos. Güntəkin Binnətova Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsi Çağdaş türk ləhcələri və ədəbiyyatı bölümünün təşkil etdiyi Uluslararası Çağdaş  Türklük Araşdırmaları simpoziumunda (ÇTAS-2025) iştirak ediblər.

Simpoziumda fil.ü.f.d., dos. Kifayət İmamquliyeva “Naxçıvan dialektində homogen özəlliklər”, fil.ü.f.d., dos. Kübra Quliyeva “Süni intellekt: dilçilik, dialektologiya”, fil.ü.f.d., dos. Güntəkin Binnətova isə “Azərbaycan ağızlarında ümumtürk leksik qatına tarixi və müasir baxımdan yanaşma” mövzusunda çıxış ediblər.

İnstitutun alimləri simpoziumun açılış mərasimində “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”, həmçinin Azərbaycan dialektologiyası şöbəsinin son nailiyyətləri olan bir sıra kitabları universitetə təqdim ediblər.

Müxtəlif türkdilli xalqların nümayəndələrinin də qatıldığı bu simpoziumda Azərbaycan dialektoloqlarının uğurları xüsusi olaraq dəyərləndirilmişdir. Simpoziumda tanınmış türkoloq, professor Ahmet Bican Ərcilasun öz çıxışında istər sovet dönəmində, istərsə də müasir dövrdə Azərbaycanda dialektoloji araşdırmaların yüksək sürətlə inkişaf etdiyini xüsusi vurğulamış, Azərbaycanda dialektoloji araşdırmaların Türkiyədən bir addım öndə olduğunu diqqətə çatdırmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: