Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.12.2025 12:21
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi beynəlxalq konfransda məruzə edib

Əlyazmalar İnstitutunun alimi beynəlxalq konfransda məruzə edib

Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetində X Beynəlxalq Rumi Simpoziumu keçirilib. Simpozium Lefkoşa Yaxın Şərq Universiteti, Rumi Araşdırmalar Mərkəzi, Xəzər Unviversiteti, Xəzər Unviversiteti nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu (MƏFAİ), Türk Turizm Mərkəzi və “Pənah” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dosent Xatirə Yusifova da iştirak edib. Simpoziumda Xatirə Yusifova “Mövlanə fəlsəfəsində ruhani sakitlikdən ictimai sülhə: təsəvvüfi baxış” adlı məruzə ilə çıxış edib, məruzəsində Mövlana fəlsəfəsində ruhani sakitlik anlayışı, nəfsin tərbiyəsi və bu anlayışın ictimai sülhün təminatına təsirinin təsəvvüfi yanaşma çərçivəsində elmi araşdırmasını təqdim edib. Bildirib ki, məruzənin məqsədi fərdi mənəvi inkişaf və sosial sülh arasındakı metafizik və etik əlaqəni təhlil etməklə yanaşı, həm də bu düşüncənin müasir dövrdə sosial, psixoloji və etik kontekstdə tətbiq imkanlarını qiymətləndirməkdir.

Alim konfransda fəal iştirakına və əhatəli çıxışına görə təşkilatçı qurumların sertifikatı ilə təltif olunub.

Səfər proqramı çərçivəsində X.Yusifova həmkarları ilə birgə Lefkoşa Bələdiyyəsi və Şimali Kipr Türk Ticarət Palatasının təşkil etdiyi rəsmi ziyafətlərdə olub, Girnə şəhər gəzintisi və “Fəravaz” irfani musiqi qrupunun konsertində iştirak edib.

X Beynəlxalq Rumi Simpoziumu Mövlana Cəlaləddin Rumi irsinin müasir elmi kontekstlərdə yenidən dəyərləndirilməsinə, təsəvvüf, ədəbiyyat və fəlsəfə sahələri arasında əlaqələrin dərinləşməsinə, eləcə də müxtəlif ölkələrdən olan alimlər arasında mənəvi-intellektual körpülərin qurulmasına mühüm töhfə verən nüfuzlu beynəlxalq platforma kimi yadda qalıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: