Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.12.2025 14:34
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutu ilə Türkiyənin Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında anlaşma protokolu imzalanıb

Şərqşünaslıq İnstitutu ilə Türkiyənin Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında anlaşma protokolu imzalanıb

Türkiyənin Qafqaz Universitetinin Harakani Tədqiqat Mərkəzinin müdiri doktor, dosent Alparslan Kartal AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

A.Kartal AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

Görüşdə Azərbaycanla Türkiyənin elm və təhsil müəssisələri arasında əməkdaşlıqdan bəhs edilib. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatların istiqamətləri,  eləcə də türkologiya sahəsində aparılan araşdırmalar, nəşr olunan kitablar barədə məlumat verib.

A.Kartal ona təqdim edilən kitabların elmi tədqiqatlarına böyük faydası olacağını bildirib.

Sonra Şərqşünaslıq İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında anlaşma Protokolu imzalanıb.

İmzalanan Protokolun məqsədi birgə elmi layihələr həyata keçirmək, birgə elmi tədqiqatlar aparmaq, konfranslar, seminarlar təşkil etmək, kitablar nəşr etdirmək, alim mübadiləsi aparmaq və s.-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: